Bankın əmanət portfeli 31% artmışdır! | Banco.az

Bankın əmanət portfeli 31% artmışdır!

Rabitəbank ASC Azərbaycanın bank sistemində mütərəqqi inkişafı ilə seçilən  bankların sırasındadır.

Rabitabank ASC-nin aktivləri 31.12.16-ci tarixə ilin əvvəli ilə müqaisədə 23% artaraq 552 mln. 288 min manat  təşkil etmişdir. Muştərilərin müddətli əmanətlərinin həcmi isə 8 % artaraq 241 mln. 850 min manat, cari hesabları 81% artaraq  178 mln.789 min manat təşkil etmişdir. 31.12.16-ci ilə Bankın məcmu kapitalı 60 mln. 932 min manat təşkil etmişdir.

Bankın gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 12 mln.134min manat , xalis qeyri-faiz gəlirləri isə 12 mln. 576 min həcmində olub.

Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart hesab istifadəçilərinin sayını 37 min 919 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti,90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəriportfeli vardır.O cümlədən bank il ərzində 187 min ədəd olmaqla 119 mln. manat ekvivalentində surətli pul köçürməsini ve 220 min ədəd olmaqla 8 mln manat kommunal ödənişi müştəriləri üçün reallaşdırmışdır.

Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.