Novruz tətilindən sonra Azər-Türk Bankın Baş Ofisi fəaliyyətinə yeni ünvanda başlayıb. Bank artıq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti – 55 ünvanında deyil, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında fəaliyyət göstərir. Yeni ofisdə yaradılmış iş şəraiti, müasir bankçılıq texnologiyalarını özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür.
Universal xarakterli Azər-Türk Bank ən müxtəlif çeşiddə bank məhsul və xidmətlərini təqdim edir. Müştərilər Bankın martın 29-dan yeni ünvanda fəaliyyət göstərən Müştəri Xidmətləri Departamentinə və ya Bakı, Gəncə, Naxçıvan şəhərlərindəki filiallarına müraciət etməklə bu sərfəli imkanlardan faydalana bilərlər.
Azər-Türk Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, yaxud 945 nömrəli Müştəri Xidmətindən əldə etmək mümkündür.