27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.
Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənmiş, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilmişdir.
Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilmiş, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-dəBank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilmişdir.
Bununla yanaşı, Müşahidə Şurasının daha bir qərarı ilə Pərvin Şirəli oğlu Əhədzadə Bankın Audit komitəsinin yeni sədri təyin edilmişdir.