Bank VTB-dən anında verilən “Rahat kart” kredit kartı | Banco.az

Bank VTB-dən anında verilən “Rahat kart” kredit kartı

Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına anında verilən kredit kartı – “Rahat kart” təklif edir. Belə ki, VTB (Azərbaycan) ilə tərəfdaş olan şirkətlərin əməkdaşları Bankın istənilən filialına yaxınlaşıb bərpa olunan kredit xətti ilə “Rahat kart”ı gözləmədən əldə edə bilərlər.

«Rahat kart»dan istifadəyə görə bank komissiyası tutulmur.  Kart bir il müddətinə verilir.  Müştərinin kart üzrə hesabat dövrü hər ayın 1-dən 30-dək nəzərdə tutulub.

Müvafiq bank məhsulunun tətbiqindən məqsəd, korporativ kanal üzrə cəlb olunmuş şirkətlərin əməkdaşları üçün, yəni fiziki şəxslər üçün bərpa olunan kredit xəttinin anında açılmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bank VTB (Azərbaycan) ASC-nin filiallarında müştərilərə xidmət zamanı və ya gözləmə salonlarında, müştərilər üçün pulsuz  “WI-FI” xidməti mövcuddur.

Bank VTB (Azərbaycan) ASC-nin pərakəndə biznes İdarəsinin rəisi Tural Vəliyev: ““Rahat kart” kredit kartları pilot layihəmizdir və biz bu bazara aktiv daxil olmaq niyyətindəyik. Hazırda “Rahat kart”ı korporativ kanal vasitəsilə cəlb olunmuş şirkətlərin əməkdaşlarına təklif edirik. Belə ki, müvafiq kanalı az riskli və daha əlverişli hesab edirik. Gələcəkdə bu kartlar vasitəsilə kredit məhsullarının aktiv satışını planlaşdırırıq”.