Dekabrın 14-də “Bank Technique” ASC-nin Bakı şəhəri, Nizami küçəsi 68 ünvanında yerləşən “Mərkəz” filialının, müasir və dəbdəbəli dizayn konsepsiyasına əsasən həyata keçirdiyi əsaslı təmirdən sonra, rəsmi açılışı olub. Tədbirdə Bank rəhbərliyi, iş adamları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Xidmət nöqtəsinin paytaxtın mərkəzində açılması çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq. Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir.
Açılış mərasimində çıxış edən “Bank Technique”in İdarə Heyəti sədri Ülvi Mansurov filialın şəhərin mərkəzində yerləşməsi, rahatlığı, çoxçeşidli məhsul və xidmətlər təklif edən peşəkar işçi heyətinin kompleks şəkildə müştərilərin ixtiyarına verilməsini bir üstünlük adlandırdı. “Əhali və müəssisələrə təklif olunan bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xidmət şəbəkəsinin genişləndirilməsi, filial və şöbələrin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində fəal iş aparılır. Gələcəkdə onlayn bank xidmətləri ilə yanaşı, filial şəbəkəsinin genişləndirilməsi də əsas hədəflərimizdəndir”, - deyə Ülvi Mansurov əlavə edib.
Xatırladaq ki, hazırda “Bank Technique”in xidmət şəbəkəsi özündə Baş ofis, 32 filial və 13 şöbəni birləşdirir. Bankın filial və şöbələri haqqında daha ətraflı məlumatı buradan öyrənmək mümkündür: http://az.banktechnique.az/network/branches/.