“Bank Technique” ASC iki yeni kart məhsulunu təqdim edir – “VISA Virtual” və “ VISA Business Gold”.
“VISA Virtual” kartı xüsusi olaraq və yalnız İnternetdə istifadə üçün nəzərdə tutulub. Elektron kommersiyanın təşviqi məqsədilə yaradılan kartlar real mağazalarda ödəniş etmək, ATM-dən vəsaiti nağdlaşdırmaq və s. üçün istifadə oluna bilməz.
Sahibinin maliyyə xərclərinə ikiqat nəzarəti təmin edən “VISA Business Gold” korporativ kartları müəssisə hesabına əməkdaşın ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün istifadə olunur. Bu növ kartlar həm Azərbaycan, həm də xaricdə istifadə oluna bilər.
Yeni növ kartları artıq Bankın bütün filial və şöbələrində sifariş etmək olar. Kartların 1 (bir) illik istifadə haqqı “VISA Virtual” kartında 5 (beş) AZN, “VISA Business Gold” kartında isə 30 (otuz) AZN təşkil edir.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.