“Bank Technique” ASC əhalinin mənzillərə olan tələbatını nəzərə alaraq, tikinti şirkətləri ilə apardığı danışıqlar nəticəsində yeni ipoteka layihələrini təqdim edir.
Belə ki, vətəndaşlar Xırdalan şəhəri, H. Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Inşaat” MMC-yə məxsus “AAAF PARK 3” yaşayış kompleksindən mənzil alınması üçün ipoteka kreditindən faydalana bilərlər. Layihənin şərtlərinə əsasən, yaşayış kompleksində bütün mənzilləri 15% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 14% kredit dərəcəsi ilə əldə etmək mümkündür.
Bundan əlavə, “Bank Technique” Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S. Qocayev küç, 152,156,158,162 və 164 ünvanında yerləşən “Bakikhanov Residence” yaşayış və ticarət kompleksindən mənzil alınması üçün ipoteka kreditini təklif edir. Bu proqramın şərtlərinə uyğun olaraq, mənzillərə 20% ilkin ödəniş etməklə, 5 il müddətinə və illik 12% kredit dərəcəsi ilə sahib olmaq olar.
Xatırladaq ki, yeni layihələrdən əlavə olaraq, “Bank Technique” “Yeni Hayat” Şirkətlər Qrupuna məxsus “Park Azure” yaşayış kompleksindəki mənzilləri ipoteka krediti ilə almaq imkanı yaradıb. Burada yaşayış sahələrini 10% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 10 faiz dərəcəsi ilə əldə etmək mümkündür.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 31 filial və 22 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.