“Bank Technique” VISA Personal Payment və MasterCard Money Send pul koçürmələri xidmətlərinə qoşulub | Banco.az

“Bank Technique” VISA Personal Payment və MasterCard Money Send pul koçürmələri xidmətlərinə qoşulub

 

“Bank Technique” ASC müştərilərinə təklif etdiyi xidmətlərin çeşidini artırmaqda davam edir. Bu dəfə Bank VISA və MasterCard beynəlxalq ödəmə sistemlərinin VISA “Personal Payment” və MasterCard “Money Send” pul koçürmələri xidmətlərinə qoşulub. Yeni xidmətlər bu ödəmə sistemlərinin kart sahiblərinə, banka gəlmədən, öz aralarında pul köçürmələrini həyata keçirməyə imkan yaradır.

VISA “Personal Payment” xidməti sayəsində “Bank Technique”in VISA kart sahibləri, Azərbaycan və bütün MDB ölkələrinin bankları tərəfindən buraxılan VISA kartlarına pul köçürə bilərlər.

Öz növbəsində, “MoneySend” – MasterCard ödəmə sisteminin xidməti olaraq, MasterCard və Maestro kart sahiblərinə, Azərbaycan və digər ölkələrin (hazırda bu siyahıda olan ölkələr: Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan) bankları tərəfindən buraxılan MasterCard kartlarına pul köçürmələrini həyata keçirməyi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

VISA və MasterCard ödəmə sistemlərinin bütün kartlarına sözügedən xidmətlər avtomatik olaraq qoşulur. Bu xidmətlər vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə ABŞ dolları ilə aparılır.

Sistemlər üzrə ölkə daxilində komisyon haqları 0,25%-dən 0,75%-dək, digər ölkələr üzrə isə 1%-dən, 1,5%-dək dəyişir.

Hər iki xidmət üzrə tariflər haqqında daha ətraflı www.banktechnique.az saytından öyrənə bilərsiniz.