“Bank Technique” ASC notariat orqanları ilə əməkdaşlığı çərçivəsində, Bakı və Sumqayıt şəhərlərində notariat kontorlarının nəzdində yerləşən şöbələrinin sayını artırır. Notariat əməliyyatlarının icrasının sürətləndirilməsi məqsədilə, Bank, Bakıda 43 saylı (5 mikrorayon, 20 yanvar küç., ev 6) və 12 saylı (İnşaatçılar pr., 28a), Sumqayıt şəhərində 4 saylı (3-cü mikrorayon 3/58) notariat kontorlarının daxilində yeni şöbələri istifadəyə verib. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumlarının ödənilməsi ilə yanaşı, burada əhaliyə bank əməliyyatlarının əksəriyyəti təklif olunur.
Xatırladaq ki, “Bank Technique”in digər notariat kontorlarında da şöbələri fəaliyyət göstərir və yaxın vaxtlarda Bank onların sayını artırmaq niyyətindədir. Xidmət nöqtələrinin yerləşməsini daha rahat Bankın saytındakı xəritədən izləmək mümkündür.
Bundan əlavə, Bakı şəhəri üzrə notariat kontorlarında, Azərbaycanda yeganə olaraq, “Bank Technique”in elektron kioskları quraşdırılıb ki, burada vaxt itkisinə məruz qalmadan, notariat rüsumlarını rahatlıqla ödəmək mümkündür. Bank gələcəkdə regionlarda yerləşən notariat kontorlarında da bu təcrübəni tətbiq etmək niyyətindədir.
Yeni xidmət nöqtələrinin açılması ilə “Bank Technique”in şöbələrinin sayı 16-ya çatdırılıb. Ümumilikdə isə Bankın xidmət şəbəkəsi 32 filial və 16 şöbəni əhatə edir.