“Bank Technique” “MasterCard” kart sahiblərinə Türkiyə hava limanlarında endirimlərdən faydalanmağı təklif edir | Banco.az

“Bank Technique” “MasterCard” kart sahiblərinə Türkiyə hava limanlarında endirimlərdən faydalanmağı təklif edir

“Bank Technique” ASC-nin “MasterCard” ödəmə sistemi ilə birgə əməkdaşlığı nəticəsində, bütün MasterCard kart sahibləri Türkiyənin - İstanbul Atatürk, Ankara Esenboğa və İzmir Adnan Menderes aeroportlarında “Primeclass” imtiyazlı xidmətlərə 25% həcmində endirimlər eldə edirlər.

“Primeclass” xidməti müştərilərin hava limanında problemsiz və rahat vaxt keçirmələrinə kömək edir. Xidmət paketindən, o cümlədən, şəxsi assistent və transfer xidmətlərindən, qeyd edilən hava limanlarına enən və ya buradan uçuşu həyata keçirən bütün sərnişinlər faydalana bilər. Endirimlərdən yararlanmaq üçün sadəcə xidmətdən istifadə etməzdən ən azı 48 saat əvvəl “Primeclass” saytında sifariş zamanı “Qeydlər” bölməsində  AZE201401B endirim kodunu daxil etməklə, MasterCard kartı ilə ödəniş aparmaq lazımdır. Kampaniya 2014-cü il sentyabrın 30-a qədər qüvvədədir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün: 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 32 filial və 13 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.