Qarşıdan gələn müəllimlər günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçiləri üçün “Müəllimlərə kreditimiz özəl, hədiyyəmiz gözəl” kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən müştərilər nağd pul krediti rəsmiləşdirdikdə “İdeal” mağazalar şəbəkəsində keçərli olan hədiyyə kuponu da əldə edəcəklər.
Təhsil işçiləri üçün kreditin özəl şərtləri aşağıdakılardan ibarətdir:
illik faiz dərəcəsinə 3,5 %-dək endirim.
maksimal məbləğ 10.000 manat.
müddət 34 ay.
xüsusi hədiyyə kuponu.
“Ürəyiniz istəyən kredit” kampaniyası çərçivəsində, kreditin hər 1000 manatı üçün əsas məbləğ, komissiya haqqı və faizlər daxil olmaqla aylıq ödəniş cəmi 45 manatdan başlayır.
Bankın təkrar müştəriləri və tərəfdaş müəssisələrin işçiləri bu kreditdən arayışsız yararlana bilər.
Müştəriyə veriləcək hədiyyəli kuponun dəyəri 100 manata qədərdir və dəqiq məbləğ rəsmiləşdirilmiş nağd pul kreditinin miqdarından asılı olacaq.
Hədiyyə kuponu əldə etmiş müştəri ən dəbli ətriyyat məhsullarını ala bilər. Kupondan istər müştəri özü, istərsə də kuponu hədiyyə etdiyi şəxs yararlana bilər. Lakin hər hədiyyə kuponu yalnız 1 dəfə istifadə edilə bilər. Kuponlar 20.12.2013-cü il tarixə qədər etibarlıdır.
Kampaniya 31 oktyabr 2013-cü il tarixlərinə qədər qüvvədədir.
Kampaniya barədə “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, habelə “TEHSİL” sözünü SMS-lə 8145 nömrəsinə göndərməklə ətraflı məlumat əldə etmək mümkündür.