AFFA tərəfindən keçirilən Futzal üzrə 2014 - 2015-ci il mövsümü Azərbaycan birinciliyinin (2-ci dəstə) turniri 21 iyunda başa çatmışdır. Bu yarışmada iştirak edən komandalar sırasında “Bank BTB” komandası da yer almışdır.
Turnirdə fərqli idarələrdə, idman cəmiyyətlərində və bank sektorunda çalışan həvəskar və peşəkar futbolçulardan ibarət olan ümumilikdə 20 komanda iştirak etmişdir. Yarışmaya ciddi hazırlığı olmadan qatılmasına baxmayaraq, “Bank BTB” komandası öz üzərində əzmkarlıqla çalışaraq inamlı oyunlar nümayiş etdirmişdir və bunun nəticəsində turnirdə 3-cü yerə layiq görülmüşdür.
Xatırladaq ki, 2013-cü ildə mini-futbol üzrə Bakı Banklararası Valyuta Birjası tərəfindən keçirilən “BBVB Kuboku” turnirində “Bank BTB” komandası 1-ci yeri tutaraq kubokun sahibi olmuşdur.
Gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, sağlam həyat tərzi ilə bağlı turnirlərin keçirilməsi təqdirəlayiqdir. Bank BTB gələcəkdə keçiriləcək turnirlərə də qatılaraq, yeni uğurlara imza atmaq niyyətindədir.
Bank “BTB” ASC 2010-cu ildə təsis edilmişdir və qısa müddət ərzində bir çox nailiyyətlər əldə etmişdir. Bank haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.