10 oktyabr 2014-cü il tarixində “Excelsior Hotel Baku” otelində “AtaSığorta” ASC-nin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev, İdarə Heyətinin sədr müavini Orxan Məmmədov, İdarə Heyətinin üzvləri – Ramil Abdullayev və Azər Fərəcov iştirak etmişdir. İdarə Heyətinin sədri Müseyib Əliyev tədbiri açıq elan edərək bildirdi ki, 2014-cü ildə öz fəaliyyətinin 10 ilini tamamlayan “AtaSığorta” ASC bu müddət ərzində ciddi bir inkişaf yolunu keçmiş və inkişaf etməkdə olan sığorta sektorunda öz yerini tutmuşdur. Şirkət yalnız Bakı şəhərində deyil, eyni zamanda Azərbaycanın şimal, cənub, qərb regionlarını əhatə etməklə ənənəvi sığorta növlərini müştərilərinə təklif edir. Respublika ərazisində “AtaSığorta” ASC-nin 6 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 6 satış ofisi fəaliyyət göstərir.
“AtaSığorta” ASC Azərbaycanın sığorta sektoru ilə yanaşı dünyanın bir sıra aparıcı sığorta şirkətləri və brokerləri ilə ciddi əməkdaşlıq edir. Şirkət ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq davamlı şəkildə öz fəaliyyətini təhlil edir və yenilikləri tətbiq edərək cəmiyyətin inkişafına ümumi töhvə verir. Peşəkarlıq və innovativ yaxınlaşmanı özünün əsas prinspiləri müəyyən edən şirkətdə əsasən gənclər çalışır və daim qabaqcıl təcrübədən faydalanmaqla şirkətin inkişafını təmin edirlər. Təsadüfi deyildir ki, “AtaSığorta” ASC bu yubileyini öz işini bilən və iddialı peşəkarlarla qeyd edir. Bununla bağlı olaraq, şirkət işini bilən və iddialı insanları cəmiyyətə tanıtmaq, onlara dəstək olmaq və önə çıxarmaq məqsədilə “Mən işimi bilirəm!” adlı kampaniyaya start verir. AtaSığorta ölkədə öz işini bilən bütün insanları bu kampaniyaya qoşulmağa dəvət edir. “Mən işimi bilirəm!” adlı kampaniya 10 oktyabr 2014-cü il tarixindən başlayaraq 10 noyabr 2014-cü il tarixinə qədər davam edəcəkdir. Bu müddət ərzində işini bilən insanlar öz işləri haqqında 1 dəqiqəlik videosüjet hazırlayaraq şirkətə göndərməlidirlər. Daha ətraflı məlumat kampaniyanın www.ishimibilirem.az ünvanlı rəsmi veb səhifəsində yerləşdirilmişdir.
“AtaSığorta” ASC bir daha bütün müştərilərinə, tərəfdaşlarına və qazanılmış uğurlarda payı olan hər bir şəxsə təşəkkür edir və bildirir ki, bundan sonra da hər zaman peşəkar maliyyə qurumu olaraq Azərbaycan cəmiyyətinin inkişafına xidmət etməyə davam edəcəkdir. Bugün. Birlikdə. Sabahımız üçün!
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 milyon manat olan şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir və eyni zamanda təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Həmçinin şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan-Türkiyə İşadamları Birliyinin və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının üzvüdür. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə ümimilikdə 18 filial, nümayəndəlik və satış ofisi daxildir.