“AtaBank” ASC filial, bankomat şəbəkəsi ilə yanaşı bütün ölkə üzrə müştərilərin rahatlığı üçün POS-terminal şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirir. POS-terminalların bir neçəsi respublika üzrə filialları olan iri Super Marketlərdə - Neptun, Araz, Makro, Megastore, Bolmart, Alvadi, Frutti Fresca, Gloria, Lider, “5+ market” quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən POS-terminallarının sayı 17 000 ədəd təşkil edir. “AtaBank” ASC-nin POS-terminal siyahısı ilə bu keçiddə tanış ola bilərsiniz: http://atabank.com/?sid=430
Qeyd edək ki “AtaBank”-ın “Al, Poz, Qazan” kampaniyası davam edir. Kampaniyada yalnız “AtaBank” ASC müştəriləri deyil, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə alış-veriş üçün “AtaBank” ASC-nin POS-terminallarından istifadə etməyi məsləhət görürük. Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və www.twitter.com/AtaBank səhifələrinə daxil olmaq olar.