15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mln manata artırıldı. Buraxılmış səhmlər mövcud səhmdarlar tərəfindən paylarına mütənasib şəkildə əldə edildi və bununla onların Bankın nizamnamə kapitalında payları dəyişilməz olaraq qalır.Səhmlərin emissiya və qeydiyyat prosesi 29 mart tarixində uğurla başa çatdı.
“İndiki dəyişkən şəraitdə, kapitalın artırılması açıq-aşkar onu göstərir ki, Bank, əksəriyyəti nüfuzlu beynəlxalq maliyyə institutları olan və ən yüksək ‘ААА’ reytinqə malik səhmdarları tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edirik, mikro və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatıkimigüclü mövqeyimizi qoruyub saxlayırıq” - AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann şərhində qeyd etdi.