Expressbank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi kredit aksiyası 8 mart 2015-ci il tarixinədək davam edir.
Aksiyanın şərtlərinə görə, manatla nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunurlar. Kreditin məbləği 10000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə edilir.
Qeyd edək ki, Expressbank müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.