“4x4 Novruz Sevinci” tirajlı stimullaşdırıcı lotereyası | Banco.az

“4x4 Novruz Sevinci” tirajlı stimullaşdırıcı lotereyası

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün “4x4 Novruz Sevinci” adlı stimullaşdırıcı lotereyaya start verdi. Mütəmadi olaraq müştərilərinə yönəlik kampaniyalar, stimullaşdırıcı lotereyalar təşkil edən təşkilat bu dəfə Novruz Bayramı ərəfəsində müştərilərin sevincinə səbəb olacaq.

Belə ki, 17 fevral – 16 mart tarixlərində FINCA Azerbaijan-dan kredit götürən müştərilərin Novruz çərşənbələrində 65 ədəd dəyərli hədiyyə qazanmaq imkanı olacaq. İlaxır çərşənbəsində isə bir nəfər şanslı müştəri uduş fondunun ən dəyərli hədiyyəsi olan avtomobil qazanacaq.

Lotereya şərtlərinə əsasən, məbləğindən və dövründən asılı olmayaraq kredit götürən hər bir müştərinin bir bilet şansı olacaq və qaliblər xüsusi hazırlanmış elektron proqram vasitəsilə seçiləcəklər.     

Ən sərfəli kredit üçün müraciət et

Lotereya uduş fondu 4 tirajla – Novruz bayramı öncəsi 4 çərşənbədə və 1 xüsusi tirajla oynanılacaqdır. 17-23 fevral tarixlərində kredit götürəcək müştərilər arasında qaliblərin seçiləcəyi I tiraj 24 fevral tarixində, 24 fevral – 2 mart tarixlərini əhatə edəcək II tiraj 3 mart, 3 mart – 9 mart tarixlərində kredit götürənlərin arasından qalib müştərilərin müəyyənləşəcəyi III tiraj 10 mart və sonuncu 10 mart – 16 mart tarixlərini əhatə edən IV tirajın qalibləri isə 17 mart tarixində bəlli olacaqdır. Xüsusi tiraj vasitəsilə oynanılacaq avtomobilin qalibi də məhz 17 mart tarixində lotereyanın keçirildiyi bütün müddət ərzində təşkilatdan kredit götürən müştərilərin arasından seçiləcəkdir.