“DəmirBank”ın “Göy” əmanət növü üzrə əmanət faizlərinin 17%-dək artımından son 17 gündə faydalanmağa çalışın. Belə ki, Bank aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb ki, bu da əmanətçilərə gəlirlərini artırmağa imkan verəcək.
Qeyd edək ki, “Göy” əmanətin əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır.
İstənilən şəxs minimum 100 AZN ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.