14 ədəd səyahət paketi sahibini tapacaq | Banco.az

14 ədəd səyahət paketi sahibini tapacaq

Kapital Bankın “Depozitləriniz yüksəlsin” adlı uduşlu depozit kampaniyası çərçivəsində həyata keçirilən lotereyanın ilk qalibi müəyyən olundu. 1500 manat məbləğində səyahət paketinin qalibi Kapital Bankın Bakı şəhərində yerləşən filiallarının birinə 18 ay müddətinə 30 000 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş xanım müştərimizdir. Martın 15-nə qədər daha 14 ədəd səyahət paketi sahibini tapacaq.

15 yanvar 2015-ci il tarixində başlanılan və 15 mart tarixinə qədər davam edəcək depozit kampaniyası müştərilərə 2 mühüm dəyər qazandırır. İlk növbədə “Kapital əmanəti” məhsulu üzrə Banka manat depozitləri yatıran müştərilərə illik faiz dərəcəsinə 2% əlavə bonus tətbiq olunur. 02 mart tarixindən etibarən bu üstünlük həmçinin ABŞ dollarında əmanət yerləşdirən müştərilərə də şamil edilməyə başladı. Bundan əlavə isə kampaniya dövründə ən azı 12 ay müddətinə “Kapital” əmanət  növünə  vəsait yerləşdirən müştərilər hər 500 AZN/USD/AVRO  1 şans əldə etməklə 15 ədəd hər biri 1500 manat dəyərində səyahət paketi sertifikatı  qazanmaq imkanına sahib olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaq. Depozitləri Bankın bütün filial və şöbələrində yerləşdirmək olar.