Cari ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 131 milyon dollar həcmində mal ixrac olunub. Bu, Gürcüstanın ümumi ixracatının 12,1 faizini təşkil edib.
Banco.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu ölkədən Azərbaycana ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz və ya 159,6 milyon dollar azalıb.