Müştərilərin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” internet bankçılıq xidmətinin yeni formatda tətbiqinə başlayıb. Bundan belə yeni sistem sayəsində müştərilər istifadə etdikləri bank məhsul və xidmətləri barədə dəqiq və ətraflı məlumat əldə edəcəklər. Bura cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər daxildir. İnternet bankçılığa qoşulmaq haqqı pulsuzdur. Yeni formatda internet bankçılıq sayəsində bank müştəriləri həmçinin hesablarına dair son 3 ili əhatə edən çıxarış əldə edə bilərlər.
“Bank of Baku”-dan yenilənmiş internet bankçılıq: hesab, əmanət və kreditlər barədə dəqiq və ətraflı məlumat!

