Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında 15 milyon 924 min 752 ton xam neft ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 8 ayda ölkənin neft ixracının dəyəri isə 8 milyard 396 milyon 5 min dollar olub.
Son 5 ilin göstəricilərinə baxsaq, ixracda həm miqdar, həm də dəyər baxımından azalma olduğunu görə bilərik. 2021-ci ildən (yanvar-avqust aylarında) bəri neft ixracımızın miqdarı və dəyəri bu qədər olub:
İllər (yanvar-avqust ayları) |
Miqdar (ton) |
Dəyəri (dollar) |
2025 |
15 924 752 |
8 milyard 396 milyon 5 min |
2024 |
16 475 802 |
10 milyard 308 milyon 18 min |
2023 |
18 506 042 |
11 milyard 234 milyon 779 min |
2022 |
17 983 700 |
13 milyard 724 milyon 349 min |
2021 |
18 771 176 |
8 milyard 498 milyon 811 min |
Bizi sosial şəbəkələrdən izləyin!!