Banco.az | Tezliklə

"YapıKredi Bank Azərbaycan" kapitalını artırır

“Yapı Kredi Bank Azərbaycan” QSC nizamnamə kapitalını 5 milyon USD ekvivalentində artıracaqdır. Bankdan verilən məlumata görə, nizamnamə kapitalının artırılmasına səbəb bankın səhmdarlarının Azərbaycan iqtisadiyyatına əlavə sərmayə yatırmaqla real sektorun inkişafına dəstək verməyə davam etmək istəyindən ibarətdir.

Azərbaycanca

AMB 150 mln. manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən  verilən məlumata görə, fevralın 27-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Azərbaycanca

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,23 dollar, yaxud 2,11% azalıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,16 dollara bərabər olub.

Azərbaycanca

Yanvar ayında əhalinin gəlirləri artıb

2017-ci ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatıb.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatına istinadən məlumat verilir.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (23.02.2017)

Azərbaycan Mərkəzi Bankı 23 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7447 manat təşkil edir.

Azərbaycanca

FED uçot dərəcəsini artıracaq

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

Bu barədə təşkilatın iki gün davam edən  iclasının yekunlarına dair məlumatda deyilir.

Azərbaycanca

Dövlət ipoteka krediti alanların sayı 500-ə çatıb

Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AİF) təşkilati-hüquqi formasını dəyişərək ASC kimi fəaliyyət göstərdiyi son 3 ayda 500 nəfərə ipoteka krediti verilib.

Bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların ümumi sayı 18 497-yə çatıb.

Azərbaycanca

Xaricdə uğur qazanmış Azərbaycanlı gənclər

Azərbaycanlı gənclərin uğur sədaları dünyanın bir çox yerlərindən eşidilir. Bu dəfə sizə xaricdə biznes uğurları qazanmış və karyera qurmuş azərbaycanlı gənclərdən danışacağıq.

 

 

 

 

Azərbaycanca

Birja nədir?

Birja Açıq Səhmdar Cəmiyyətlərinin səhmlərinin ticarətinin edildiyi, şirkət səhmlərinin alınıb satıldığı bazar olaraq ifadə edilir. Birjalarda səhmlər alınıb satılaraq, alış-veriş arasındakı qiymət fərqindən qazanc əldə edilir.

Azərbaycanca

Fevralın 23-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 23.02.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7447 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, fevralın 22-də USD/AZN rəsmi məzənnəsi 1,7447 səviyyəsində olub.


Azərbaycanca

Səhifələr

« first ‹ previous last »