"Nvidia" "Poolside" şirkətinə 1 milyard dollar sərmayə qoyacaq | Banco.az

"Nvidia" "Poolside" şirkətinə 1 milyard dollar sərmayə qoyacaq

Müəllif:Mehin Qasımova,Banco.az

Yarımkeçirici nəhəng "Nvidia" süni intellekt əsaslı kodlaşdırma modelləri hazırlayan "Poolside" şirkətinə 1 milyard dollara yaxın sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu investisiya, 12 milyard dollar dəyərində qiymətləndirilən Poolside-ın 2 milyard dollarlıq maliyyələşdirmə raundunun bir hissəsi olacaq.

Qeyd edək ki, bu, Nvidia-nın Poolside-a ilk dəstəyi deyil. Şirkət 2024-cü ilin oktyabrında keçirilən B seriyası investisiya mərhələsində startapa 500 milyon dollar sərmayə yatırmışdı.

"Nvidia" artıq süni intellekt sahəsində fəaliyyət göstərən startaplara sərmayə qoymaqla tanınır. Bununla yanaşı, şirkət digər texnoloji sektorları da əhatə etmək üçün investisiya portfelini genişləndirir. Oktyabr ayında "Nvidia" Böyük Britaniyada yerləşən avtonom sürücülük texnologiyaları şirkəti Wayve-ə 500 milyon dollar sərmayə qoymağı nəzərdən keçirdiyini açıqlamışdı.

Bundan başqa, "Nvidia" ötən ay Intel-də 5 milyard dollarlıq pay alıb və iki şirkət arasında gələcək çip əməkdaşlıqları ilə bağlı planlar gündəmdədir.

Bu addımlar Nvidia-nın süni intellekt ekosistemində və yüksək texnologiyalar bazarında dominant mövqeyini daha da möhkəmləndirməyi hədəflədiyini göstərir.