Banco.az | Tezliklə

Bakı metrosu I yarımildə 111 milyondan çox sərnişin daşıyıb

Bu ilin I yarısında "AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC 111 milyondan çox sərnişinə xidmət göstərib.

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.

Azərbaycanca

Yelo Bank-ın yay təcrübə proqramı — “Summer Challenge” başladı!

Gənclərin təhsilini və karyera yolunu daim dəstəkləyən Yelo Bank bu il də ənənəsini davam etdirərək “Summer Challenge” yay təcrübə proqramını uğurla start verdi.

Artıq 5-ci dəfədir keçirilən və hər il böyük maraqla qarşılanan proqram üçün 600-dən çox namizəd qeydiyyatdan keçmişdi. Onlar arasından 55 nəfər istedadlı gənc seçilərək Yelo Bank-ın Baş ofisi və filiallarında təcrübə keçmək imkanı qazandılar.

Azərbaycanca

Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın qiymətlərində müşahidə edilib.

Azərbaycanca

Azərbaycanda əhalinin yanacaq xərcləri 7,5% artıb

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 833,8 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsi xəbərir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,5% üstələyib.

Azərbaycanca

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi  xəbər verir.

Azərbaycanca

Azərbaycanda orta illik inflyasiya 5.9 faiz təşkil edib

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,0 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsi xəbər verir.

Azərbaycanca

“Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti”, Unicapital növbəti beynəlxalq mükafat qazandı

Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital qlobal səviyyədə daha bir uğura imza atıb.

Azərbaycanca

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxın artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycanca

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 ABŞ dolları və ya 0,7% artaraq 76,02 ABŞ dolları təşkil edib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »