Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb | Banco.az

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankından yumşaq faiz endirimi addımı gəlib.

Banco.az xəbər verir ki, bank uçot dərəcəsini 100 baza bəndi azaldaraq 17 faiz səviyyəsinə endirib.

Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə faizin 200 baza bəndi azaldılaraq 16 faiz səviyyəsinə endirilməsi istiqamətində idi.

Bankın qərar mətnində belə ifadələr yer alıb: “Mövcud qiymət artımının əsas göstəricilərində əhəmiyyətli bir dəyişiklik olmadı. Rusiya Mərkəzi Bankı inflyasiyanı 2026-cı ildə hədəfə qaytarmaq üçün pul siyasətini lazım olduğu qədər sərt saxlayacaq.”

Rusiya Mərkəzi Bankı ötən ilin sonlarından bəri müəssisələrin yüksək borclanma xərcləri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, mövsümi düzəliş edilmiş aylıq qiymət artımının iyun ayında 4 faizə yaxınlaşması fonunda faiz dərəcəsini rekord səviyyə olan 21 faizdən endirmə prosesinə başlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram