Azərbaycan hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz edir.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edərkən deyib.