Silah satışı rekord həddə çatıb | Banco.az

Silah satışı rekord həddə çatıb

Müəllif: Mehin Qasımova, Banco.az

Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (CAMTO) əldə etdiyi hesabata əsasən, 2024-cü ildə qlobal silah satışının həcmi  rekord həddə çatıb.

Banco.az xəbər verir ki, silah satışının həcmi 111,6 milyard dollar təşkil edib.

Məlumata görə, 2021-ci ildə qlobal silah və hərbi texnika (WME) ixracının həcmi 82,942 milyard dollar, 2022-ci ildə 106,185 milyard dollar, 2023-cü ildə 96,889 milyard dollar təşkil edib.

CAWAT ekspertlərinin fikrincə, qlobal silah ixracının/idxalının kəskin artması bir neçə amillə, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlıdır.

Kiyevə hərbi yardım çərçivəsində köhnəlmiş silah və hərbi texnika sistemlərindən qurtulan “kollektiv Qərb” ölkələri müasir və daha bahalı silah növlərinin irimiqyaslı alınmasına başlayıblar.