Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 581,4 min sərnişin daşınıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,8% çoxdur.
Məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd edək ki, 2024-cü ilin ilk 2 ayında 493,7 min sərnişin daşınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!