Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 224 milyon 31 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 410 min 211 ton təşkil edib.
Çexiyanın idxal etdiyi neftin dəyəri 2023-cü ilin ilk 2 ayına nisbətdə 141 milyon 613 min dollar və ya 2,7 dəfə, miqdarı isə 2,9 dəfə artıb.
Qeyd edək ki, yanvar-fevral aylarında Çexiya Azərbaycanın 3 əsas neft idxalçısından biri olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (2.4 milyon ton), ikinci ölkə isə Almaniya (500 min ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!