Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 63%-dək artıb | Banco.az

Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 63%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını 2025-ci ilin üçüncü rübü ərzində də davam etdirib. Belə ki, bank cari ilin yanvar-sentyabr aylarında 18 milyon 363 min manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə 7 milyon 69 min manat və ya 62,6% çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 312 milyon 576 min manat və ya 33,9% artaraq 1 milyard 233 milyon 702 min mln. manata çatıb.

Bankın kredit portfeli də bu ilin əvvəli ilə müqayisədə 198 milyon 547 min manat və ya 37,5% artaraq 728 milyon 261 min manata çatıb. Depozit portfeli isə 628 milyon 818 min manata yüksəlib ki, bu da ötən ilin sonunun nəticələri ilə müqayisədə 63 milyon 164 min manat və ya 11,2% artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram