"Yaxın Şərqdə münaqişənin artması neft qiymətləri üçün əsas riskdir" | Banco.az

"Yaxın Şərqdə münaqişənin artması neft qiymətləri üçün əsas riskdir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Xam neft qiymətləri ötən il, o cümlədən Yaxın Şərqdəki münaqişədən sonra dəyişkən olub. Belə ki, neftin bir barelinin qiyməti 2022-ci ildəki 100 dollardan orta hesabla 83 dollara qədər azalıb.

Banco.az xəbər verir ki, bu Dünya Bankının “Global Economic Prospects” adlı hesabatında qeyd edilib.

Hesabata görə, "OPEC+" tərəfindən 2023-cü ilin noyabrında hasilatın azaldılmasın uzadılması əsasən İran İslam Respublikası və ABŞ daxil olmaqla, digər yerlərdə güclü hasilatla kompensasiya edilib: "Neftin qiymətinin bir barelinin 2024-cü ildə 81 dollara enəcəyi gözlənilir. Çünki qlobal aktivlik zəifləyir və Çin iqtisadiyyatı yavaşlamağa davam edir. Yaxın Şərqdə münaqişənin artması neft qiymətləri üçün əsas riskdir.

1970-ci illərdən bəri, tez-tez hərbi münaqişə ilə əlamətdar olan bir sıra mühüm geosiyasi hadisələr neft tədarükünə açıq şəkildə təsir göstərib. OPEC+ tərəfindən hasilatın azaldılması müddətinin daha da uzadılması (2024-cü ilin birinci rübündə azalmaların gözlənilən mərhələdən kənara çıxması) və gözləniləndən daha güclü tələb də qiymətlərin artması ilə nəticələnə bilər". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram