Müəllif: Gülnar Əhmədli, Banco.az
"Finca Azerbaijan" bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
Banco.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1 milyon 535 min manat və ya 48,7% azdır.
Bu il yanvarın 1-nə "Finca Azerbaijan"ın aktivləri 75 milyon 29 min manat olub ki, bu da illik müqayisədə 1,8% azdır. BOKT-un kredit portfeli ötən il 1,5% azalaraq 62,9 milyon manata enib.
Hesabat dövründə "Finca Azerbaijan"ın öhdəlikləri 1,2% azalaraq 57,6 milyon manata enib. Eyni dövrdə BOKT-un balans kapitalı isə 3,5% azalaraq 17,4 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
