Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri yüksəlir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri yüksəlir

Müəllif:Mehin Qasımova, Banco.az

Yaxın Şərqdə artan gərginlik fonunda çərşənbə axşamı neftin qiyməti qalxır.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 71,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,22 dollar (0,31%) çoxdur. Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,49 dollar (0,7%) artaraq 71,07 dollar olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,18 dollar (0,27%) artaraq bir barelə görə 67,55 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,46 dollar (0,7%) artaraq bir barel üçün 67,37 dollar təşkil edib.