Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın baş naziri Şiqeru İşiba gələn ay istefaya gedəcəyini elan etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, yapon yerli media xəbərlərinə görə, çətin dövr keçirən Yaponiya Baş naziri Şigeru İşiba gələn ay istefa verməyə hazırlaşdığını açıqlayacaq.
Mainichi qəzetinin çərşənbə günü verdiyi məlumata əsasən, İşiba bu qərarını artıq yaxın çevrəsi ilə bölüşüb.
Jiji xəbər agentliyi də hakim partiyadan yüksək vəzifəli bir rəsmiyə istinadən verdiyi xəbərdə İşibanın avqust ayında vəzifəsindən ayrılacağını bildirib. Bu xəbər ABŞ ilə Yaponiya arasında avtomobil və ümumi gömrük rüsumlarının 15 faizə endirilməsi barədə əldə olunan razılaşmanın dərhal ardından gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!