Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evdə tikilən 400 milyon dollarlıq bal zalının inşasının davam etdirilməsinə icazə verilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Banco.az xəbər verir ki, müraciətə səbəb apellyasiya məhkəməsinin layihənin Konqresin təsdiqi olmadan həyata keçirilə bilməyəcəyinə dair qərarı olub.
Məhkəmə ötən həftə yerüstü tikinti işlərinin dayandırılmasını tələb edib.
Tramp administrasiyası isə layihənin milli təhlükəsizlik və prezidentin təhlükəsizliyi baxımından vacib olduğunu bildirir.
Ali Məhkəmə müdaxilə etməsə, tikintinin dayandırılması ilə bağlı qərarın 21 avqustda qüvvəyə minməsi gözlənilir.
