Yaponiyada böyük şirkətlər 2025-ci ildə maaşları orta hesabla 5,46% artıracaq | Banco.az

Yaponiyada böyük şirkətlər 2025-ci ildə maaşları orta hesabla 5,46% artıracaq

Müəllif - Fərid İslamov - Banco.az

Bu, son 30 ildən çox müddətdə ən böyük artımdır.

Yaponiyada 2025-ci ildə böyük şirkətlərdə maaş artımı son 30 ildən çox müddətdə maksimum səviyyəyə çatacaq.

Yaponiyanın ən böyük həmkarlar ittifaqları birliyi olan Japanese Trade Union Confederation (Rengo)-nun məlumatlarına görə, maaşlar orta hesabla 5,46% artırılacaq ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. 2024-cü ildə isə maaşlar orta hesabla 5,1% artmışdı.

Bu həftənin əvvəlində, böyük Yapon şirkətləri ilə həmkarlar ittifaqları arasında keçirilən illik bahar danışıqları ("shunto") başa çatıb. Ənənəvi olaraq, bu danışıqların nəticələri Yaponiyada işçi qüvvəsinin əsas hissəsini təşkil edən daha kiçik şirkətlər üçün maaş müzakirələrinə ton verir, – yazır The Wall Street Journal.

Rengo bildirib ki, birliyə daxil olan həmkarlar ittifaqları orta hesabla maaşlara 6,09% artım tələb ediblər.