Müəllif: Gülnar Əhmədli, Banco.az
Yapı Kredi Bank Azərbaycan-ın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 434 milyon 127 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 116 milyon 539 min manat və ya 36,7% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 96 milyon 576 min manat, biznes kreditləri portfeli 277 milyon 611 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 59 milyon 940 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 14 milyon 691 min manat və ya 17,9%, 89 milyon 851 min manat və ya 47,8%, 11 milyon 997 min manat və ya 25% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
