Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin III rübünün sonunda BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 1 milyard 489.9 mln. ABŞ dolları təşkil edib.
Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 322,4 milyon ABŞ dolları və ya 27,6% çoxdur.
Məlumata görə, hesabat dövründə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 408,3 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 48,1 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 672,6 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 360,9 mln. dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
