“Xiaomi” gəlirini rekord həddə çatdırdı | Banco.az

“Xiaomi” gəlirini rekord həddə çatdırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Çin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 38%, gəlirini isə 32% artıraraq rekord həddə çatdırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 3,67 milyard yuanla müqayisədə 5,07 milyard yuan (711 milyon dollar) təşkil edib. FactSet tərəfindən sorğu edilən ekspertlər orta hesabla bu rəqəmin 4,47 milyard yuan olacağını proqnozlaşdırıblar.

Birdəfəlik amillər nəzərə alınmadan mənfəət, o cümlədən opsionlar şəklində işçilərə ödənişlər və investisiyaların dəyərindəki dəyişikliklər 20% artaraq 6,18 milyard yuana çatıb ki, bu da ekspertlərin gözləntilərini (5,15 milyard yuan) üstələyib.