Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi artıb | Banco.az

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda ötən il xarici mənbələrdən əsas kapitala 3 milyard 885 milyon manat vəsait yönəldilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9,3% çoxdur.

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 656,2 milyon manatı (94,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram