“X” sosial şəbəkəsi bu ölkədə fəaliyyətini dayandırır | Banco.az

“X” sosial şəbəkəsi bu ölkədə fəaliyyətini dayandırır

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Maska məxsus “X” sosial şəbəkəsi (keçmiş Twitter) ölkə hakimiyyəti ilə davam edən münaqişə fonunda Braziliyadakı ofisini bağlayır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkədə dərc olunan məlumatında deyilir.

Bildirilir ki, Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleksandr de Morays şirkət onun senzura ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edərsə, sosial şəbəkənin ölkədəki qanuni nümayəndələrini gizli şəkildə həbslə hədələyib. Öz növbəsində “X” cavab olaraq işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkədə ofis fəaliyyətinin dayandırıldığını açıqlayıb.

“Bu qərarı vermək məcburiyyətində qaldığımız üçün çox kədərlənirik. Məsuliyyət yalnız Aleksandr de Moraysın üzərinə düşür. Onun hərəkətləri demokratik hakimiyyətlə bir araya sığmır. Braziliya xalqı seçim etməlidir: ya demokratiya, ya da Aleksandr de Morays”, - bəyanatda deyilir.

Qeyd edilib ki, ofisin bağlanmasına baxmayaraq, sosial şəbəkə Braziliyada istifadəçilər üçün əlçatan olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram