Cənubi Koreya müharibənin təsirlərini aradan qaldırmaq üçün əlavə büdcə layihəsini təsdiqləyib | Banco.az

Cənubi Koreya müharibənin təsirlərini aradan qaldırmaq üçün əlavə büdcə layihəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya müharibənin təsirlərini aradan qaldırmaq üçün əlavə büdcə layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Cənubi Koreya Milli Assambleyası ABŞ və İsrailin İrana yönəlmiş hücumları ilə başlayan müharibənin ölkə iqtisadiyyatına təsirlərini yüngülləşdirmək məqsədilə hazırlanmış 17,7 milyard dollar həcmində əlavə büdcə layihəsini təsdiqləyib.

“Yonhap” agentliyinin xəbərinə görə, 300 yerlik Milli Assambleyada keçirilən səsvermədə layihə 214 səslə qəbul olunub.

Hakimiyyətdə olan Demokrat Partiyası (DP) ilə əsas müxalifətdəki Xalqın Gücü Partiyası (PPP) 17,7 milyard dollarlıq əlavə büdcə ilə bağlı razılığa gəlib. Təxminən 35,8 milyon nəfərin gəlir səviyyəsinə uyğun olaraq dəyişən məbləğlərdə dəstəkdən faydalanacağı nəzərdə tutulur.

Prezident Sarayı “Cheong Wa Dae”dən verilən açıqlamada hakimiyyət və müxalifət partiyalarına müharibənin yaratdığı böhran qarşısında milli maraqları ön planda tutaraq qanunu qısa müddətdə qəbul etdiklərinə görə təşəkkür edilib.

Artan neft qiymətlərinin yaratdığı yükün azaldılması, kiçik sahibkarların və vətəndaşların Yaxın Şərqdəki müharibənin iqtisadi təsirlərindən qorunması məqsədilə hazırlanan əlavə büdcə layihəsi martın 31-də keçirilmiş Nazirlər Kabinetinin iclasında da təsdiqlənmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram