Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlakçı inamı rekord səviyyədə aşağı düşüb.
Banco.az xəbər verir ki, Miçiqan Universitetinin açıqladığı məlumatlara görə, aprel ayı üzrə ilkin istehlakçı inam indeksi mart ayında qeydə alınan 53,3 səviyyəsindən 47,6-ya enib. Sorğu dövrü 24 mart – 7 aprel tarixlərini əhatə edir.
İstehlakçılar qiymətlərin növbəti il ərzində illik 4,8 faiz artacağını gözləyirlər. Bu göstərici ABŞ Prezidenti Donald Trampın bir il əvvəl genişmiqyaslı gömrük rüsumlarını açıqlamasından bəri qeydə alınan ən böyük artım olmaqla yanaşı, mart ayı ilə müqayisədə 1 faiz bəndi yüksəliş deməkdir.
ABŞ vətəndaşları qarşıdakı 5–10 il ərzində xərclərin illik 3,4 faiz artacağını proqnozlaşdırıblar. Bu göstərici də əvvəlki ayla müqayisədə bir qədər yüksəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
