Müəllif:Mehin Qasımova,Banco.az
"Volkswagen" 2028-ci ilin sonuna qədər bütün brendlərdə xərcləri 20% azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, VW-nin baş direktoru Oliver Blume və baş maliyyə direktoru Arno Antliz yanvar ayının ortalarında Berlində avtomobil istehsalçısının yüksək vəzifəli şəxsləri ilə keçirilən qapalı görüşdə genişmiqyaslı xərclərin azaldılması planını təqdim ediblər.
Xərclərin azaldılması proqramı Çindəki biznesin zəifləməsi, ABŞ-da idxal tariflərinin artması və qlobal rəqabətin güclənməsi fonunda VW-nin dayanıqlı gəlirlilik səviyyəsinə qayıtması üçün nəzərdə tutulub.
Lakin VW-nin bu xərc qənaətinə necə nail olmağı planlaşdırdığı barədə məlumat yoxdur, lakin zavodların bağlanmasının nəzərdən keçirildiyi qeyd olunur.
Üç il əvvəl "VW" bütün brendlər və bölmələr üzrə biznesin yenidən təşkili proqramına başlayıb.
VW - dən bildirib ki, bu müddət ərzində avtomobil istehsalçısı illik ikirəqəmli milyardlarla avro qənaət edib.Bu, şirkətə ABŞ tariflərinin artırılmasının nəticələrinin öhdəsindən gəlməyə kömək edib
