BƏƏ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu azaldır | Banco.az

BƏƏ Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu azaldır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I rübündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan iqtisadiyyatına 84 milyon 25 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon 284 min ABŞ dollar və ya 23,8% azdır.

Hesabat dövründə BƏƏ-nin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2025-ci ilin ilk 3 ayındakı 7,3%-dən 4,9%-ə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram