Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın striminq xidməti "Netflix" "Warner Bros. Discovery" (WBD) şirkətini satın almaq planından imtina edib.
Banco.az xəbər verir ki, buna səbəb isə "Paramount Skydance Corporation" (PSKY) tərəfindən irəli sürülən daha sərfəli təklif olub.
Netflix-in baş direktorları Ted Sarandos və Greg Peters birgə bəyanatda bildiriblər ki, Warner Bros.-un ikonik brendlərini idarə etmək imkanını yüksək qiymətləndirirlər. Lakin onların sözlərinə görə, bu alış yalnız uyğun qiymət olduqda maraqlıdır və istənilən qiymətə baş tutmalı sövdələşmə deyil.
Xatırladaq ki, ötən ilin dekabrında "Netflix" WBD-nin əsas aktivlərini — Warner Bros. film studiyasını, HBO televiziya kanalını və HBO Max yayım xidmətini — səhm başına 27,75 dollar qiymətinə almaq niyyətində olduğunu açıqlamışdı. Analitiklərinin fikrincə, bu addım Netflix-in borc yükünü artıra və investorlar arasında sövdələşmənin davamlılığı ilə bağlı suallar yarada bilərdi.
