Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin fevralın 1-i tarixinə 3 milyard 136.7 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 513.1 mln. manat artıb.
Qeyd edək ki, sektorun xarici öhdəlikləri yanvarın əvvəli ilə müqayisədə isə 125.1 milyon manat və ya 3,8% azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!
