Müəllif - Fərid İslamov - Banco.az
Verizon Communications şirkətinin Direktorlar Şurası, baş icraçı direktor Hans Vestberqin bonusunun təxminən 40% artırılmasını təsdiqləyib. Bu barədə MarketWatch məlumat verir.
Şirkətin sənədlərinə əsasən, Vestberq 2025-ci ildə uzunmüddətli hədəflərə çatmaqla əlaqələndirilmiş bonus olaraq 25 milyon dollar alacaq. Bu, keçən ilki 18 milyon dollarla müqayisədə əhəmiyyətli bir artımdır.
2023-cü ildə o, həmçinin 18 milyon dollar məbləğində bonus alıb və onun ümumi mükafatı 24,1 milyon dollar təşkil edib.
Vestberq 2018-ci ildə Verizon-un baş icraçı direktoru oldu, 2019-cu ildən isə Direktorlar Şurasının sədri vəzifəsini də icra edir.
Son 12 ay ərzində Verizon-un bazar kapitallaşması 10,7% artaraq 186,2 milyard dollara çatıb.