Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu | Banco.az

Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu

Unicapital İnvestisiya Şirkəti Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə təşkil olunan “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində uğurla çıxış edərək 3-cü yerin sahibi olub.

Turnirin üçüncülük uğrunda oyunu 6 iyun 2026-cı il tarixində keçirilib. Unicapital komandası Avrora Qrup şirkəti ilə qarşılaşaraq 7:4 hesablı inamlı qələbə qazanıb və turniri mükafatçılar sırasında başa vurub.

“Dirçəliş Kuboku” Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi mühüm sosial-idman layihələrindən biridir. Turnirdən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Layihənin əsas məqsədi Qarabağın bərpası və dayanıqlı inkişafına dəstək verməklə yanaşı, cəmiyyətdə ianəçilik mədəniyyətinin və sağlam həyat tərzinin təşviq olunmasına töhfə göstərməkdir.

Qeyd edək ki, “Dirçəliş Kuboku”nda dövlət qurumlarını və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətləri təmsil edən ümumilikdə 40 komanda iştirak edib. Turnir ərzində Unicapital əməkdaşlarından ibarət komanda ümumilikdə 13 oyun keçirərək həm idman ruhunu, həm də komanda həmrəyliyini məharətlə nümayiş etdirib.

Unicapital üçün bu turnir sadəcə idman yarışı deyil, həm də ölkəmizin gələcəyinə, sosial həmrəyliyə və Qarabağın dirçəlişinə verilən töhfənin bir hissəsidir. Şirkət bundan sonra da ictimai əhəmiyyət daşıyan təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.